On birinci siniflərdə keçən il xarici dil imtahanında nəticələrin orta göstəricisi 6 bal artmışdı, bu il təxminən 2-3 bal artıb. Hesab edirik ki, gələn il daha yaxşı nəticələr olacaq. Doqquzuncu siniflərdə də orta göstərici keçən illə müqayisədə artıb.
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə elektron imtahanlar korpusunda jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, XI sinfin imtahan nəticələri ilə bağlı apellyasiyanın nəticəsi ümumi vəziyyəti dəyişməyəcək: “Ola bilsin ki, statistik xəta çərçivəsində bal bir az çoxala, azala bilər. Ondan sonra biz statistikanı çap edəcəyik və hamı tanış olacaq”.