Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.