Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.
Xezerxeber.az bildirir ki, bu barədə ETSN-in Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.
O bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.
"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.
Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.