Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub.
Bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, bu gecə saat 00:54-də Bakının Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz avtomobilin iştirakı ilə zəncirvari qəza olub:
“Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.”(report)