Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması barədə məlumat yayıb.
DSX-nin mətbuat mərkəzindən Xezerxeber.az-a bildirilib ki, Qazax rayonu istiqamətində bir nəfər hərbi qulluqçu piyada əleyhinə mina partlayışı nəticəsində ayağının baş barmağından xəsarət alıb. Ona zəruri tibbi yardım göstərilib.