Xəzər Xəbər

Komitə sədri: İnsanlarda xəstəliklərin 25 faizdən çoxu ətraf mühitlə bağlıdır

Cəmiyyət | 14:08 • 17 Aprel 2024
Komitə sədri: İnsanlarda xəstəliklərin 25 faizdən çoxu ətraf mühitlə bağlıdır

Ətraf mühitdə baş verən hər bir hadisə insan orqanizminə təsir edir. İnsanlarda baş verən bütün xəstəliklərin 25 faizdən çoxu ətraf mühitlə bağlıdır. Bu, təsdiq olunmuş statistikadır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov aprelin 17-də parlamentdə keçirilən “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən birgə ictimai dinləmədə deyib.

O bildirib ki, insanlar arasında baş verən patologiyalar ətraf mühitin çirklənməsi, atmosferdəki mənfi hallarla bağlıdır. Havanın çirklənməsi bir neçə mənbə ilə bağlıdır. Havanı çirkləndirən əsas səbəblər kimi sənayeləşməni, nəqliyyat vasitələrinin sayının artmasını göstərmək olar.

“Beynəlxalq səviyyədə yürüdülən yaşıl dünya siyasəti, bu istiqamətdə görülən işlər gələcəkdə atmosferin daha çox çirklənməsinin qarşını almağa xidmət edəcək”, - deyə komitə sədri vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar