Xəzər Xəbər

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq

Cəmiyyət | 14:30 • 15 Aprel 2024
Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq. 

Xezerxeber.az-ın məlumatına görə, bu barədə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər. 

Layihəyə əsasən, bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür. 

Xəzər dənizində yaradılacaq süni torpaqlarda tikinti işlərinə icazə veriləcək. 

Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahəsində tikinti fəaliyyəti bu qanunda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək. 

Layihədə qeyd olunub ki, süni torpaq sahəsinin yaradılması ilə bağlı verilən tikintiyə icazədə, həmçinin, həmin torpaq sahəsində tikinti obyektlərinin inşası və qurulması da nəzərdə tutulmalıdır.

Süni torpaq sahəsində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədləri üçün tikinti layihəsinin bu qanunda nəzərdə tutulan süni torpaq sahəsinin baş planına uyğunluğu yoxlanılır. 

Qeyd edək ki, layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

Xəbər lenti

Çox oxunanlar