Xəzər Xəbər

Buraxılış imtahanının test tapşırıqlarının doğru cavab etalonları AÇIQLANDI

Cəmiyyət | 16:44 • 8 Aprel 2024
Buraxılış imtahanının test tapşırıqlarının doğru cavab etalonları

Aprelin 7-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Xezerxeber.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 2024-cü il aprelin 7-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar