Xəzər Xəbər

Monitorinqdən sonra kollec direktoru işdən çıxarıldı

Cəmiyyət | 09:50 • 8 Aprel 2024
Monitorinqdən sonra kollec direktoru işdən çıxarıldı

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinq keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Agentlikdən bildirilib.

Qeyd olunub ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar.

Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb.

Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Xəbər lenti