Xəzər Xəbər

Antiterror tədbirləri zamanı yaralanmış Azərbaycan Ordusunun zabiti vəfat edib

Cəmiyyət | 19:38 • 7 Aprel 2024
Antiterror tədbirləri zamanı yaralanmış Azərbaycan Ordusunun zabiti vəfat edib

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu müalicə olunduğu tibb müəssisəsində aprelin 7-də vəfat edib.

Xezerxeber.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!

Xəbər lenti