Xəzər Xəbər

Güclü külək səbəbindən 5 nəfər yaralanıb TƏBİB

Cəmiyyət | 17:58 • 4 Aprel 2024
Güclü külək səbəbindən 5 nəfər yaralanıb

Son məlumata əsasən, bu gün güclü külək səbəbindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 4 ünvan üzrə 5 müraciət qeydə alınıb.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hər dörd ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 3 nəfər kişi, 2 nəfər isə qadın olub.

Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

3 nəfərə (1 qadın, 2 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib. (trend)

Xəbər lenti