Xəzər Xəbər

Attestasiyadan keçməyən din xadimlərinin aqibəti necə olacaq? AÇIQLAMA

Cəmiyyət | 17:30 • 4 Aprel 2024
Attestasiyadan keçməyən din xadimlərinin aqibəti necə olacaq?

Attestasiyadan keçməyən 13 din xadimi gələn ilin mart ayında yenidən imtahan verəcəklər.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə qurumda keçirilən müşavirədə deyib.

O xatırladıb ki, 2024-cü il 4-6 mart tarixlərində keçirilmiş din xadimlərinin attestasiya olunması üçün 61 din xadiminin sənədləri qəbul edilib:

"Attestasiya Komissiyası tərəfindən onlardan 32 din xadiminin bilik və bacarığının tutduğu vəzifəyə uyğun, 14-nün uyğun olmadığı, 13 din xadiminin isə bir ildən sonra yenidən attestasiya olunması şərti ilə fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb".

Xəbər lenti