Xəzər Xəbər

Yağış yağacaq... Hava ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət | 17:10 • 4 Aprel 2024
Yağış yağacaq... Hava ilə bağlı

Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

Xəbər lenti