Xəzər Xəbər

Bakıda tıxacın azaldılması üçün yeni yolun tikintisindən FOTOLAR

Cəmiyyət | 16:36 • 4 Aprel 2024
Bakıda tıxacın azaldılması üçün yeni yolun tikintisindən

Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə start verilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir.

Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət olacaq. Yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.

Qeyd edək ki, yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.

Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Xəbər lenti

Çox oxunanlar