Xəzər Xəbər

Güclü küləkdə xəsarət alanların sayı açıqlanıb

Cəmiyyət | 15:36 • 4 Aprel 2024
Güclü küləkdə xəsarət alanların sayı açıqlanıb

Son məlumata əsasən, 04.04.2024-cü il tarixində güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 ünvan üzrə 4 müraciət qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2 nəfər kişi, 2 nəfər isə qadın olub.

Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. 2 nəfərə (1 qadın, 1 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.

Xəbər lenti

Çox oxunanlar