Xəzər Xəbər

Güclü külək nə vaxtadək davam edəcək?

Cəmiyyət | 09:30 • 4 Aprel 2024
Güclü külək nə vaxtadək davam edəcək?

“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 35 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır". 

Xezerxeber.az bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı məlumat verərəkən deyib.

O bildirib ki, külək axşama doğru zəifləyəcək.

Xəbər lenti