Xəzər Xəbər

Yaşı 8 ildən yuxarı olan avtomobillərin taksi kimi fəaliyyətinə bu halda İCAZƏ VERİLƏCƏK

Cəmiyyət | 12:03 • 3 Aprel 2024
Yaşı 8 ildən yuxarı olan avtomobillərin taksi kimi fəaliyyətinə bu halda

1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır.

Xezerxeber.az AYNA-ya istinadən xəbər verir ki, 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.

Nümunə: Avtomobiliniz 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət etmisinizsə, 3 illik icazə alacaqsınız. Bu halda rəng tələbi tətbiq edilmir.

Qeyd edək ki, Nazirlər Kabineti Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri təsdiqləyib.

Xəbər lenti