Xəzər Xəbər

Üç nəfər əcnəbi Bakı metrosunun deposuna gizli daxil olaraq əmlaka ziyan vurublar

Cəmiyyət | 14:03 • 30 Mart 2024
Üç nəfər əcnəbi Bakı metrosunun deposuna gizli daxil olaraq əmlaka ziyan vurublar

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar. Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024