Xəzər Xəbər

“Neft şirkətində 65 yaşında təqaüdə göndərilən şəxslər ağlaya-ağlaya gedirlər"

Cəmiyyət | 14:23 • 29 Mart 2024
“Neft şirkətində 65 yaşında təqaüdə göndərilən şəxslər ağlaya-ağlaya gedirlər"

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, onlar xahiş edirlər ki, yaş həddi uzadılsın.

“Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən şəxslər ağlaya-ağlaya gedirlər. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-dən artıq sahə var ki, o sahələrdə çalışanlar erkən pensiyaya çıxa bilərlər. AMEA-da, dövlət qulluğunda çalışanlar 65 yaşda təqaüdə getmək istəmirlər. 65 yaşında kişi gedib bina tikə, daş qaldıra bilməz. Amma 65 yaşında kişi auditoriyaya girib mühazirə oxuya bilər”, - S.Novruzov qeyd edib. (Report)

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024