Xəzər Xəbər

Komitə sədri: Bələdiyyə torpaqlarının böyük hissəsi zəbt edilib

Cəmiyyət | 12:24 • 29 Mart 2024
Komitə sədri: Bələdiyyə torpaqlarının böyük hissəsi zəbt edilib

Bələdiyyə torpaqlarının böyük hissəsi zəbt edilib.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, məhkəmələrdə bələdiyyələrin təqdim etdiyi çox sayda iş var.

“Məhkəmələr qərar verməlidir ki, o torpaqlar boşaldılsın və bələdiyyələr istifadə etsin. Azərbaycanda bələdiyyə məktəbi də, bağçası da, sosial obyektləri də var. Azərbaycanda nümunəvi bələdiyyələr mövcuddur”, - deyə o qeyd edib.

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanun layihəsində qeyd edilir ki, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Xəbər lenti

Çox oxunanlar