Xəzər Xəbər

Azərbaycanda yeraltı təkanlar artır RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 11:49 • 27 Mart 2024
Azərbaycanda yeraltı təkanlar artır

Bu ilin ilk üç ayında iki mindən çox yeraltı təkan baş verib. Bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. 

Qurban Yetirmişli deyib ki, ölkə ərazisində qeydə alınan zəlzələlərdən 16-sının maqnitudası 3 və ondan yuxarı olub. Təkanların sayı gündən-günə artsa da, dağıdıcı aktivlik müşahidə olunmur: "Yeraltı təkanların sayı günü-gündən artır. Lakin ölkədə seymsik aktivlik fon səviyyəsindədir. Hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur".

Xəbər lenti