Xəzər Xəbər

Faktiki hava şəriati açıqlanıb

Cəmiyyət | 17:11 • 25 Mart 2024
Faktiki hava şəriati açıqlanıb

Martın 25-i saat 16:00-a olan məlumata əsasən bölgələrə yağış və qar yağıb.

Xezerxeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlıda yağış, Qrız, Şahdağ, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qusarda qar yağıb.

Şamal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dağlanın hündürlüyü 2.6 metrə çatıb.

Həmçinin Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Lerik, Sumqayıtda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Naxçıvan MR-da 8, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub.

Xəbər lenti

Çox oxunanlar