Martın 25-i saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Şahdağda 31 sm, Qrızda 3 sm, Qusarda 1 sm olub.
Düşən yağıntının miqdarı Ağsuda 11 mm, Goranboy, Ağdamda 9 mm, Yevlaxda 8 mm, Zərdab, Mingəçevirdə 7 mm, İsmayıllı, Göyçay, Astara, Naftalanda 6 mm, Kürdəmir, Beyləqanda 5 mm, Yardımlı, Tərtər, Şəki, Oğuz, Xaltan, Lənkəran, Lerik, Qəbələ, Göygöl, Şamaxı, Bərdə, Cəfərxan, İmişli, Şahdağ, Quba, Qusar, Balakən, Şahbuz, Ordubad, Sədərək, Qrız, Qobustan, Zaqatala, Şərur, Culfa, Gədəbəy, Sabirabadda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Oğuz, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Göyçay, Balakən, Xaltan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 6 Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 0-3 dərəcə şaxta olub.