Martın 24-də Yer kürəsində çox güclü maqnit qasırğası müşahidə olunur.
Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Məlumata görə, maqnit qasırğası G4 (çox güclü) səviyyəsinə çatıb. Bu səviyyədə Yer kürəsində radiorabitələrdə ciddi pozulmalar, peyk və radiotezlik naviqasiyasında fasilələr ola bilər.