Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi qaydası açıqlanıb.
Xezerxeber.az bildirir ki, Elm və Ali Təhsil üzrə Dövlət agentliyindən verilən xəbərə görə, tələbələrin köçürülməsi elektron portal vasitəsilə yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız bir dəfə həyata keçirilir.
Qaydalara əsasən, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamayan tələbələrin köçürülməsinə yol verilmir.
Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) təhsil alan tələbələrin köçürülməsinə yol verilmir.
Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində tələbələrin ixtisasının dəyişdirilməsi eyni ixtisas qrupu daxilində aparılır.
Magistraturada tələbələrin ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə yol verilmir.