Xəzər Xəbər

Bakı-Moskva təyyarəsi Domodedovo hava limanına eniş edib Yenilənib

Cəmiyyət | 16:43 • 17 Mart 2024
Bakı-Moskva təyyarəsi Domodedovo hava limanına eniş edib

“Domodedovo” hava limanının müvəqqəti bağlanması ilə əlaqədar Şeremetyevoda enən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Domodedovo aeroportuna yola düşüb və Bakı vaxtı ilə saat 16:13-də orada eniş edib.

Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

13:49

Moskvaya dron hücumuna görə Vunokovo hava limanında uçuş məhdudiyyəti tətbiqi səbəbindən gecikən Moskva-Bakı istiqamətində uçan təyyarə havaya qalxıb.

Xezerxeber.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus J2808 reysini həyata keçirən "Aerobus 320-214" təyyarəsi 15 dəqiqə bundan qabaq havaya qalxıb.

Moskva vaxtı ilə saat 10:55 də uçmalı olan reys saatyarıma yaxın gecikmə ilə həyata keçirilib.

13:49

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna enib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo hava limanına uğurla eniş edib.

Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.

Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Xəbər lenti