Xəzər Xəbər

Havada normadan artıq toz müşahidə olunur

Cəmiyyət | 12:41 • 16 Mart 2024
Havada normadan artıq toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən dünən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Xezerxeber.az-ın xəbərinə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.7- 1.9 dəfə normadan artıqdır.

"Tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında norma daxilinə düşəcəyi gözlənilir”.

Xəbər lenti

Çox oxunanlar