Xəzər Xəbər

Respublika üzrə pensiyalar ÖDƏNİLDİ

Cəmiyyət | 19:19 • 15 Mart 2024
Respublika üzrə pensiyalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiyaların ödənişini yekunlaşdırıb.

Xezerxeber.az Fonda istinadən xəbər verir ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

 

 
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Xəbər lenti