Xəzər Xəbər

İlin sonunadək işğaldan azad olunmuş ərazilərə daha 5171 ailənin köçürülməsi planlaşdırılır

Cəmiyyət | 11:49 • 15 Mart 2024
İlin sonunadək işğaldan azad olunmuş ərazilərə daha 5171 ailənin köçürülməsi planlaşdırılır

Bu ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin köçürülməsi planlaşdırılır. Bu da 20 min nəfərdən çox əhali deməkdir.

Xezerxeber.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə 2023-cü ilin sonunadək ümumilikdə 1186 ailə (4691 nəfər) köçürülüb.

Baş nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılıb və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində tədbirlər sürətlə davam etdirilib.

“Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 milyard manatdan çox vəsait tələb olunur. 2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 milyard manat vəsait ayrılıb. 2024-cü ildə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur”, - deyə Əli Əsədov diqqətə çatdırıb.

Xəbər lenti

Çox oxunanlar