Bu gün insanların böyük əksəriyyətinin oturaq işlə məşğul olduğu, günün böyük hissəsini kompüter arxasında keçirdiyi heç kimə sirr deyil.
Xezerxeber.az xəbər verir ki, oturaq həyat tərzi və passivlik müəyyən xəstəliklərin ortaya çıxması ilə nəticələnir. Lakin bunun qarşısını almaq mümkündür.
Avropalı mütəxəssislərin 70 min nəfər üzərində apardığı təcrübə göstərib ki, oturaq iş rejiminin doğurduğu fəsadları heç bir dərman qəbul etmədən aradan qaldırmaq olar. Bunun üçün gündə orta hesabla 10 min addım piyada gəzmək lazımdır. Bu cür gəzinti qəfil ölüm riskini 39 faiz, ürək-damar xəstəlikləri riskini isə 21 faiz azaldır.
Gündə iki min addımdan çox hərəkət edən insanlarda sağlamlıqla bağlı risklər azalır. Səkkiz mindən çox addım atan şəxslərdə piylənmə, depressiya, yuxusuzluq və mədə turşuluğu problemləri aradan qalxır.