Martın 15-dən Bakının 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub.
Xezerxeber.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir işlərinə Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilməsi planlaşdırılır.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə agentlik bəyan edib.