Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini nəşr edib.
Mərkəzdən Xezerxeber.az-a bildirilib ki, bu nömrədə 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri dərc edilib.
Bu nömrədə, həmçinin:
- Bəzi test tapşiriqlarinin izahi və tövsiyələr;
- Abituriyentlər üçün elmi-metodiki məqalələr, Tarix fənnindən “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”;
- 2023-cü ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisaslari üzrə formalaşmış keçid ballar və digər zəruri materiallar təqdim olunub.
Azərbaycan və rus dillərində çap edilmiş jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.