Xəzər Xəbər

COVID-19 virusu bədəndə bir ildən çox qala bilir

Cəmiyyət | 17:09 • 12 Mart 2024
COVID-19 virusu bədəndə bir ildən çox qala bilir

San-Fransiskolu tədqiqatçılar insanların hansı səbəbdən uzun müddət COVID-19 virusundan əziyyət çəkdiyini izah edə biləcək heyrətamiz bir kəşf ediblər. Məlum olub ki, koronavirusun izləri xəstələrin qanında və toxumalarında bir ildən, bəzi hallarda isə iki ildən çox qala bilir.

"Knowridge" saytında yer alan xəbərə görə, koronavirusa yoluxan bəzi insanlar zaman keçdikcə yorğunluq, beyin dumanlanması, qan-damar, həzm problemləri kimi davamlı simptomlardan əziyyət çəkirlər. Alimlər ”uzun COVID” adlandırılan belə vəziyyətlə bağlı yeni araşdırma aparıb.

San-Fransisko Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Maykl Pelusonun rəhbərlik etdiyi komanda tədqiqatın nəticələrini təqdim edib. Onlar infeksiyaya yoluxduqdan 14 ay sonra qanda, iki il sonra isə toxuma nümunələrində həssaslığı yüksək olan testlər vasitəsilə COVID-19 antigenləri kimi tanınan virus hissələrini aşkarlayıblar.

Universitetin tədqiqatına COVID-19-a yoluxmuş 171 şəxs qatılıb. Tədqiqatçılar virusun insan hüceyrələrinə daxil olma prosesinə diqqət yetirərək onların bəzi pasientlərin bədənində gözlənildiyindən daha uzun müddət qaldığını müəyyənləşdirib. Komanda həmçinin toxuma nümunələrini tədqiq edərək, infeksiyadan iki il sonra da virusun izlərini tapıblar. Bu səbəbdən koronavirus xəstələrində uzun müddətli simptomlar müşahidə olunur.

Maykl Peluso və komandası hazırda antiviral dərmanlarla müalicələrin virus qalıqlarını bədəndən təmizləməyə və uzunmüddətli simptomlarını yüngülləşdirməyə kömək edə biləcəyini yoxlamaq üçün klinik sınaqlar aparır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar