Xəzər Xəbər

Güzəştli mənzil vədi ilə dələduzluq edən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət | 16:06 • 12 Mart 2024
Güzəştli mənzil vədi ilə dələduzluq edən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Quliyeva Sənubər Əbülfəz qızının vətəndaşların pulunu ələ keçirməsi faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, aparılmış ibtidai istintaqla Sənubər Quliyevanın müxtəlif şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında ayrı-ayrı vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil verəcəyinə dair yalan vəd verməklə onlara məxsus pul vəsaitini təkrarən ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Sənubər Quliyevaya Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Rubrikanın digər xəbərləri

Leysan yagacaq
Leysan yagacaq XƏBƏRDARLIQ
14:20 • 17 Noyabr 2024
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
12:44 • 17 Noyabr 2024
Hava şəraiti dəyişəcək
Hava şəraiti dəyişəcək
16:44 • 15 Noyabr 2024
Sabah bəzi yerlərdə duman olacaq
Sabah bəzi yerlərdə duman olacaq PROQNOZ
13:15 • 15 Noyabr 2024
Ölkə ərazisində hava yağmursuz olub
Ölkə ərazisində hava yağmursuz olub Faktiki hava
09:27 • 15 Noyabr 2024
Sabah hava əsasən yağmursuz olacaq
Sabah hava əsasən yağmursuz olacaq
12:51 • 14 Noyabr 2024

Xəbər lenti