Son dövrlərdə yol infrastrukturunda 20-dən çox simulyasiyalar həyata keçirmişik. “Rəqəmsal əkiz” alətində 6 milyard datadan istifadə olunub.
Xezerxeber.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmədə deyi
Nazir müavini bildirib ki, mühüm məsələlərdən biri də qrafik üzrə hərəkətin və sürət həddinin tənzimlənməsidir.
Nəqliyyat infrastrukturu ilə bağlı danışan R.Hümmətov Abşeron rayonu ilə bağlı 50-yə yaxın layihə üzərində işlədiklərini diqqətə çatdırıb. O, 20 Yanvar dairəsi, “Şamaxinka”, Xırdalan dairəsi və digər qovşaqlarda daha çox tıxacların müşahidə olunduğunu qeyd edib. Vurğulayıb ki, Abşeron rayonu üzrə 7 yol qovşağı ilə bağlı tıxac probleminə birlikdə baxılacaq.
“Cari il ərzində qatar parkını iki dədə artıracağıq. Həmçinin metropoliten üçün əlavə 35 qatar gətirilməsi planlaşdırılır. Bu da sərnişindaşımaya öz təsirini göstərəcək. Biz yeni çağırışlar qarşısındayıq”, - deyə nazir müavini vurğulayıb.