Xəzər Xəbər

Yol nişanları və yolların xətlənməsi ilə bağlı problemlər var

Cəmiyyət | 14:20 • 11 Mart 2024
Yol nişanları və yolların xətlənməsi ilə bağlı problemlər var

“Yol nişanları və yolların xətlənməsi ilə bağlı problemlər var”.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. 

Nazir müavini bildirib ki, bizim milli standartlarımız olmayıb: “Hazırda bu standarta uyğun yol nişanları və boyaların hazırlanması gedir. Biz bu standartları ötən il noyabr ayında qəbul edə bildik. Xüsusilə tıxaclar zamanı 3 zolaqlı yolda 6 zolaqda avtomobillər hərəkət edir, bu da tıxacın daha da şiddətlənməsinə səbəb olur. Bakının bütün, ilk olaraq əsas yollarında düzgün mütəxəssis rəyləri ilə yol nişanları qoyulacaq. Boya düzgün vurulmayanda istədiyimiz nəticələri ala bilmirik”.

Xəbər lenti