Xəzər Xəbər

Bu şəxslərə müvəqqəti müavinət verilir

Cəmiyyət | 09:33 • 11 Mart 2024
Bu şəxslərə müvəqqəti müavinət verilir

Azərbaycanda bir neçə sosial müavinət növü var. Bunlar-aylıq, birdəfəli və bir də müvəqqəti müavinətdir. Müşahidələr göstərir ki, cəmiyyətdə aylıq və birdəfəlik müavinətlə bağlı müəyyən mənada məlumat var, amma müvəqqəti müavinət növü ilə bağlı təsəvvür demək olar ki, yox səviyyəsindədir. Bəs müvəqqət müavinət nədir və kimlərə verilir?

Xezerxeber.az xəbər verir ki, işləyən şəxs hər hansı xəstəlik, zədə və ya xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirərsə, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə” görə müavinət ala bilər.

Müavinətin məbləği necə hesablanır?

Bu müavinətin verilməsi üçün xəstəlik vərəqələri verilir. Müavinətin məbMüavinətin məbləğiləği isə işçinin qazancına görə dəyişir. Müavinətin məbləği əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan etibarən əvvəlki son 12 ayın qazancın məbləğindən asılı olaraq hesablanır. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ay ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Bu iş günlərindən sığortaolunanın xəstəlikdə, hamiləlik və doğumda, həmçinin uşağa qulluqda olduğu dövrə düşən iş günləri çıxılır. Müavinətin ümumi məbləği isə gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır. İşçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır. 

Müavinətin məbləği 7 min manatdan çox ola bilməz 

Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Qeyd edək ki, hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 280 manatdır. Bu məbləğin 25 misli isə 7 min manat edir. Deməli, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinətin aylıq maksimal məbləği 7 min manatdan çox ola bilməz.  

Müavinət hansı mexanizm əsasında və mənbələr hesabına ödənilir? 

Xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Atif Sarıxanlı

Xəbər lenti

Çox oxunanlar