Xəzər Xəbər

Həkim-cərrah barədə çıxarılmış bəraət hökmündən protest verilib

Cəmiyyət | 18:37 • 6 Mart 2024
Həkim-cərrah barədə çıxarılmış bəraət hökmündən protest verilib

Bəzi sosial media səhifələrində 15 nömrəli şəhər Poliklinikasının həkim-cərrahı vəzifəsində işləmiş Könül Sultanova barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, Könül Sultanovanın Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə o, təqsirli bilinərək, 3 min manat cərimə cəzasına məhkum edilib. 

Bakı Apellyasiya Məhkəməsi tərəfindən K.Sultanova barəsində çıxarılmış bəraət hökmündən martın 6-da dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar