BƏƏ-də qaradərili uşaqla şəkil çəkdirdikləri üçün çıxışlarına qadağa qoyulan azərbaycanlılar geri dönür.
Xezerxeber.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat verib.
Onun sözlərinə görə, dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinə turist kimi səfər edən və azyaşlı uşaqla şəkil çəkdirdikləri üçün müəyyən problemlərlə üzləşərək BƏƏ-dən çıxışlarına qadağa qoyulan Emin Cəlilov və Mehman Pənahov bir saat əvvəl vətənə yola düşüb.
Qeyd edək ki, dekabrda Birləşmiş Ərəb Əmirliklərinə gəzməyə gedən iki Azərbaycan vətəndaşı orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün həbs olunmuşdular.