Xəzər Xəbər

"Qarabağ"ın oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdirilib

Cəmiyyət | 15:14 • 5 Mart 2024
"Qarabağ"ın oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdirilib

“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Almaniyanın “Bayer” klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Klubdan Xezerxeber.az-a verilən məlumata görə, matça marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib. 

Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.

Xəbər lenti

Çox oxunanlar