Xəzər Xəbər

DİM sədri: Danışıq bloku imtahanını daha kütləvi imtahanlarda tətbiq etmək tezdir

Cəmiyyət | 14:11 • 5 Mart 2024
DİM sədri: Danışıq bloku imtahanını daha kütləvi imtahanlarda tətbiq etmək tezdir

Magistratura səviyyəsində imtahanda iştirak edənlərin sayı təxminən 20 mindir. Danışıq bloku imtahanın magistratura səviyyəsində texniki imkanlar hazır olduqda tətbiq edilə bilər.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, danışıq bloku imtahanını daha kütləvi imtahanlarda (buraxılış, qəbul imtahanları) tətbiq etmək tezdir.

“Hələ ki məktəblərdə olan hazırlıq səviyyəsi, kompüterlərin mövcudluğu, prosesin uğurlu müstəvidə öz əksini tapması azı bir il çəkəcək. Birinci addım olaraq danışıq bloku imtahanı magistratura, dövlət qulluğu imtahanlarında tətbiq olunacaq", - deyə DİM sədri qeyd edib.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024