Xəzər Xəbər

Cinayət törətmiş şəxslərin sayı artır

Cəmiyyət | 12:35 • 5 Mart 2024
Cinayət törətmiş şəxslərin sayı artır

Statistik məlumatlara əsasən, cinayət törətmiş, habelə əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı getdikcə artmaqdadır. Bu rəqəm 2020-ci ildə 2859, 2021-ci ildə 4374 olub, 2022-ci ildə isə 5127 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ndə qeyd edilib.

Bildirilib ki, aidiyyəti dövlət qurumları tərəfindən təhlillər aparılmalı, eyni şəxsin təkrar cinayət törətməsinə gətirib çıxaran səbəb və şərtlərin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Məhkəmələr tərəfindən təyin olunan cəzanın qarşısına qoyulan vəzifələrin təmini məqsədilə cəza icra orqanları tərəfindən həyata keçirilən tədbirlər təhlil edilməli, onların effektivliyi məsələsi qiymətləndirilməlidir. Məhkumların cəmiyyətə inteqrasiyasında və şəxsi inkişafının stimullaşdırılmasında təhsilin mühüm rolu var.

Xəbər lenti

Çox oxunanlar