Xəzər Xəbər

Məleykə Abbaszadə: Məktəblərdə xarici dil fənləri aşağı səviyyədə tədris olunur

Cəmiyyət | 12:03 • 5 Mart 2024
Məleykə Abbaszadə: Məktəblərdə xarici dil fənləri aşağı səviyyədə tədris olunur

Məktəblərdə xarici dil fənləri aşağı səviyyədə tədris olunur. Xarici dil imtahanları verən 9-cu sinif şagirdlərinin müvafiq bilik səviyyəsi A2-dir.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, 11-ci sinfi bitirən şagirdlərinin xarici dil bilikləri B1-dir.

“Əvvəlki illərlə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb. Mən istərdim ki, müsbət dinamika şagirdlərin riyaziyyat biliklərində də özünü göstərsin”, - deyə Məleykə Abbaszadə qeyd edib.

Xəbər lenti

Çox oxunanlar