Qaz abonentləri üçün ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İB-dən Xezerxeber.az-a bildirilib ki, “SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İB-nin AGİS (Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq. Buna görə də ödəniş sistemi bu gün saat 22:00-dan sabah saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.
“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur. Müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda qeyd olunub.