Xəzər Xəbər

Dünyada tənəffüs yolu xəstəlikləri əsas ölüm səbəbləri arasında 3-cü yerdədir

Cəmiyyət | 12:22 • 2 Mart 2024
Dünyada tənəffüs yolu xəstəlikləri əsas ölüm səbəbləri arasında 3-cü yerdədir

Ağciyər xəstəlikləri bütün dünyada əsas sağlamlıq problemidir, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərinə böyük bir yük yaradır. Bu gün tənəffüs yolu xəstəlikləri əsas ölüm səbəbləri arasında 3-cü, əlilliyə səbəb olan xəstəliklər arasında isə 5-ci yerdədir.

Xezerxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Pulmonologiya Simpoziumunda pulmonoloq Çağla Xurşud Hüseynova jurnalistlərə açıqlamasında söyləyib.

Ç.X.Hüseynova bildirib ki, bir çox ağciyər xəstəlikləri tütün və tütün məmulatları, havanın çirklənməsi və biokütlə yanacaq istehlakı səbəbindən meydana çıxır: “Təəssüf ki, hər iki ölkə - Azərbaycan və Türkiyə tütün epidemiyasının əhəmiyyətli dərəcədə təsirinə məruz qalmış ölkələr siyahısındadır”.

Xəbər lenti

Çox oxunanlar