UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” və “Bayer” komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.
Ağdam klubundan Xezerxeber.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manata satılır.
Biletləri Iticket.az-ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.
Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk oyununu martın 7-də Bakıda, cavab matçını isə 1 həftə sonra Leverkuzendə keçirəcək.