Xəzər Xəbər

"Cəfər Cabbarlı" stansiyasında təmirin yekunlaşacağı vaxt açıqlandı

Cəmiyyət | 15:34 • 29 Fevral 2024
"Cəfər Cabbarlı" stansiyasında təmirin yekunlaşacağı vaxt

"Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin birinci yarısında yekunlaşacaq.

Xezerxeber.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov “Dəyişməyən dəyərlər və dəyişən imkanlar” mövzusunda elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, artıq təmir işləri yekunlaşmaq üzrədir.

“Hazırda üzlük işləri görülür. İlin birinci yarısında işlərin yekunlaşması planlaşdırılır”, - deyə o əlavə edib.

Xəbər lenti