Xəzər Xəbər

Ankaraya məcburi eniş edən AZAL-ın təyyarəsi Sabiha Gökçen Hava Limanına yola düşüb YENİLƏNİB

Cəmiyyət | 12:55 • 28 Fevral 2024
Ankaraya məcburi eniş edən AZAL-ın təyyarəsi Sabiha Gökçen Hava Limanına yola düşüb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.

11:31

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

AZAL-dan Xezerxeber.az-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib. 

Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Xəbər lenti

Çox oxunanlar