Xəzər Xəbər

Azərbaycanda yerüstü su ehtiyatları kəskin azalıb

Cəmiyyət | 10:56 • 28 Fevral 2024
Azərbaycanda yerüstü su ehtiyatları kəskin azalıb

İqlim dəyişikliyinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Dünyada baş verən qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına mənfi təsiri getdikcə daha da çox hiss olunur. Azərbaycan su ehtiyatı məhdud olan ölkədir. Respublikamızın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi respublika ərazisində formalaşır, 70 faizi isə qonşu ölkələrin ərazisindən daxil olur.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov fevralın 28-də Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb. Ölkə ərazisində su ehtiyatlarının səmərəli istifadəsi üçün yeni su məntəqələrinin yaradılması tələb olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə bu sahədə geniş islahatlar aparılıb, irimiqyaslı layihələr həyata keçirilib.

Xəbər lenti

Çox oxunanlar