Ötən gün qarşısı alınan erkən nikah səbəbkarları, yəni valideynlər Sabunçu Rayon İcra Hakimiyyətinə dəvət olunaraq, onlarla profilaktik söhbət aparılıb, izahatları alınıb.
Xezerxeber.az bildirir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, azyaşlı və valideynlərinə eyni zamanda qarşı tərəf və onun valideyinlərinə qanunvericiliyin tələbləri izah olunaraq onlara xəbərdarlıq olunub. Onlar əməllərindən peşman olduqlarını bildirərək, qanunvericiliyin tələblərinə əməl edəcəklərini bildiriblər.
Azyaşlı və onun ailəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rayon İcra Hakimiyyətinin həmçinin rayon polis şöbəsinin nəzarətində saxlanılmaqla, yiyələndiyi peşə təhsilini davam etdirəcək.